KepezTV Player
“Kəpəz” Türkiyənin Antalya şəhərində gələn ilin yanvarın 17-dən fevralın 2-dək keçirəcəyi təlim-məşq toplanışı müddətində 4 yoxlama oyununa çıxacaq. Gəncə klubunun rəqiblərindən 3-ü artıq məlumdur. Komanda yanvarın 22-də Rumıniyanın “Viitorul”, 28-i tarixində Polşanın “Yagelloniya” və ayın 31-də Serbiyanın “Spartak” Subotiç, klubları ilə qarşılaşacaq. Bu arada sarı göylər üç futbolçu ilə yollarını ayırıb. Bunlar yarımmüdafiəçilər Samba Dialloyla Mansur Aladji və hücumçu Viktor Oseqeyldi. Legionerlərdən yalnız Dedimar Fereyra heyətdə saxlanılıb. Komandadan gedən futbolçuların yerinə yeni əcnəbi və yerli oyunçular cəlb ediləcək.
Azad Rəfi
- Baxış: 534