• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 738
— 22.12.2017 15:27

Gəncədə evdə yanğın olub, ölən var

KepezTV Player

Gəncədə fərdi yaşayış evində yanğın olub. Hadisə şəhərin Zülfü Hacıyev küçəsində baş verib. Əraziyə yanğınsöndürmə briqadası cəlb olunub, alovun qarşısı alınıb. Yanğının yerinin kəşfiyyatı zamanı içəridə yaşlı kişinin meyiti aşkarlanıb. Məlum olub ki, cəsədi tapılan şəxs 72 yaşlı Qüdrət Məmmədovdur. Hadisə baş verən zaman xəstə olan ahıl kişi evdə tək olub. Onun 66 yaşlı həyat yoldaşı Səidə Məmmədova hadisə baş verməzdən öncə qaz balonunun üzərində yemək qazanını qoyaraq evdən çıxıb və dükana gedib. Bir müddət sonra qaz balonunda başlayan yanğın evi də bürüyüb. Faktla bağlı araşdırma aparılır.

 

Natiq Hüseyn