Türkiyənin "Qalatasaray" klubu Fatih Tərimlə danışıqlara başlayıb. Baş məşqçi vəzifəsi tezliklə 64 yaşlı mütəxəssisə həvalə olunacaq. Artıq Tərimin özü də sosial şəbəkədə deyə paylaşım edib. Onun dekabrın 24-də Super Liqanın 17-ci turu çərçivəsində "Göztəpə" ilə oyunda cim-bomun sükanı arxasında olacağı gözlənilir. Fatih Tərim 1996-2000, 2002-2004 və 2011-2013-cü illərdə də "Qalatasaray"ın baş məşqçisi olub. O, "sarı-qırmızılar"a 6 dəfə Türkiyə çempionluğu, 4 dəfə Türkiyə Super Kuboku, 2 dəfə ölkə kuboku, 1 dəfə UEFA Kuboku, 1 dəfə isə "Emirates Cup" qazandırıb.
Orxan Cəfərzadə
- Baxış: 507