• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1085
— 22.12.2017 13:15

Soyuq silahla qan tökdülər

KepezTV Player

Bakının Səbail rayonunda, Nizami küçəsində bıçaqlanma hadisəsi qeydə alınıb. 19 yaşlı Rəşad Zeynalov xanım tanışı ilə gəzərkən 3 nəfər naməlum şəxs onlara söz atıb. Bu səbəbdən də mübahisə yaranıb. Həmin şəxslərdən biri Rəşad Zeynalovu bıçaqlayıb. Ərizədə xidmət aparan Səbail Rayon Post Patrul Xidmətinin əməkdaşları hadisə yerindən qaçmaq istəyən şübhəli şəxsdən birini yaxalayıb. Yaralı xəstəxanaya çatdırılıb. Daha bir qanlı olay Nəsimi rayonunda yaşanıb. Hadisə 3 mkr bazarı adlanan ərazinin yaxınlığında yerləşən kafelərdən birində baş verib. Kafedə işləyən 28 yaşlı Ramiyyə Məhərrəmova ilə tanışı arasında mübahisə düşüb. Bu zaman tanışı Ramiyyə Məhərrəmovanın sifət nahiyəsinə bıçaqla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. Yaralını iş yoldaşları xəstəxanaya çatdırıblar. Ona tibbi yardım göstərilib. Həkimlər onun həyatı üçün təhlükə olmadığını bildiriblər. Hadisə barədə Nəsimi rayon polis idarəsinin 20-ci polis bölməsinə məlumat verilib. Polis hadisəni törədən şəxsin axtarışlarını aparır. Faktlarla əlaqədar araşdırmalara başlanılıb.

 

 

Zülfiyyə Talmanqızı