• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2203
— 22.12.2017 13:07

Pirotexniki vasitələrin qanunsuz yolla ölkəyə keçirilməsinin qarşısı alınıb

KepezTV Player

Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, idarənin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə gömrük baxışı keçirilib. Yoxlama başlamazdan əvvəl vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və gömrük nəzarətinə mütləq bəyan ediləsi predmetin olub-olmadığı barədə sorğu-sual edilib. O isə cavabında idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş predmetin olmadığını bildirib.Lakin yoxlama zamanı, həmin avtomobilin sağ və sol ön "qanadlar"ının arxasında, avtomobilin salonunda isə qapı örtüklərinin arxasında cəmi 90 qutu və ayrıca 10 ədəd müxtəlif markalı pirotexniki vasitələr aşkarlanıb.Faktla bağlı araşdırma aparılır.

 

Zülfiyyə Talmanqızı