• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1555
— 22.12.2017 10:03

Alimlər 3D-printerdə batareyasız və elektronsuz Wi-Fi çap etdilər

Vaşinqton Universitetinin araşdırmaçıları yeganə antena ilə Wi-Fi siqnalı ötürə bilən və 3D printerdə plastik obyektlər çap edən texnologiya hazırlayıblar. Alimlər tərəfindən təklif edilən yeni ideya 3D-printerdə çap edilən yayları, dişcikləri və elektrik ötürcüdən hazırlanmış adi antenası olan mexaniki keçiddən ibarətdir. Dişciklərin fırlanması ilə yaylar antenaya toxunur, nəticədə routerdə Wi-Fi siqnallar görsənir. Bütün bunlar vəhdət şəkildə smartfon və digər qəbuledicilərlə əlaqə yarada bilir. İş prosesi zamanı alimlər eksperimental ötürücülərlə təchiz edilmiş bir neçə adi qurğular da düzəldiblər. Onlar küləyin sürətini ölçən və məlumatları smartfona ötürən anemometr də çap etməyi bacarıblar. Alimlər hətta suyun axın sürətini ölçən cihaz, kompüteri idarə edən tənzimləyici slayder də yaradıblar.

 

Cavanşir Məmmədzadə