• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1111
— 21.12.2017 18:43

Samuxda Qarabağ əlilləri və şəhid ailəsinə ev verilib

Samux rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən iki Qarabağ əlili və bir şəhid ailəsi  üçün inşa olunan fərdi yaşayış evləri sahiblərinə təqdim olunub. Lək kəndində keçirilən tədbirdə vurğulanıb ki, rayonda bugünədək şəhid ailələri və Qarabağ əlilləri üçün 2 yaşayış binası, eləcə də 22 fərdi ev inşa olunub.  Yaxın vaxtlarda bu kateqoriyaya aid digər şəxslər də mənzillə təmin ediləcək. Ev alan ailələrə mənzillərin orderləri və xatirə hədiyyələri təqdim olunub. Daha sonra nümayəndələr yaradılan şəraitlə tanış olublar.

Arzuman Nəbiyev ev alan şəxs: Evlə təmin ediblər. Bu gün bizim sevincimiz çox böyükdür. Bayramı öz evimizdə keçirəcəyik.

Ülviyyə Nəbiyeva ailə üzvü: Ailədə 4 nəfərik, bir otaqlı evdə yaşayırdıq. Çox çətinlik çəkirdik. İndi çox şükür ki, evimiz oldu. Çox sağ olsunlar.

Natiq Hüseyn