• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 750
— 21.12.2017 18:17

Futbol üzrə Region Liqasında 1-ci tura yekun vurulub

KepezTV Player

Son oyun günü 1 görüş baş tutub. Bu qarşılaşmada ötən mövsüm 1-ci divizionda çıxış edən iki komanda Şəmkir və Energetik birincilərin meydanında üz-üzə gəliblər. Qərb regionu üzrə keçirilən oyun mingəçevirlilərin 3:1 hesablı qələbəsi ilə başa çatıb. Yarışda bu region üzrə 4 komanda mübarizə aparır.  Adıçəkilən kollektivlərlə yanaşı Gəncənin Xəmsə və Qazaxın Göyəzən klubları da liqada iştirak edir. İlk dəfə təşkil edilən Region Liqası 3 zonada keçirilir. Ümumilikdə 24 komandanın qüvvəsini sınadığı liqada qarşılaşmalar hər qrupda 4 klub olmaqla 6 bölgədə oynanılır. Çempionatın yekununda ilk 3-lüyə düşən kollektivlər pul mükafatı ilə təltif olunacaq. Yarışın qalibi 1-ci diviziona vəsiqə də əldə edəcək.

Orxan Cəfərzadə