Goranboyda Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə fərdi yaşayış evləri verilib. Orderləri təqdim olunun hər 5 ev Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə tikilib. Bu kateqoriyadan olan insanların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına təkan xarakteri daşıyan bu kimi sosial layihələrin icrası dövlətin qayğısı olaraq dəyərləndirilib. Yeni fərdi yaşayış evləri ilə təmin olunan ailələr mənzillərdə yaradılan şəraitin müasir tələblər səviyyəsində olduğundan razılıq ediblər.
Natiq Qasımov ev alan şəxs: 1993 cü ildə həqiqi hərbi xidmətə getmişəm. Elə həmin ildə yaralanmışam. Məndən kiçik qardaşımda şəhid olub. Çox sağolsun cənab prezidentə minnətdaram. Çox sevinirəm.
Əminə Seyidzadə Dövlət Sosial Müdafiə Fondunun sədr müavini: Cari ildə 86 ev növbəlilik əsasında verilib. Bu rəqəm qarşıdakı aylarda bir qədər də artacaq. Hazırda iş gedir.
- Baxış: 784