• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1292
— 21.12.2017 15:11

Göygöldə yolu keçmək istəyən qızı avtomobil vurub

Göygöl rayonunda  avtomobilin piyadanı vurması faktı qeydə alınıb. Hadisə rayonun Topalhəsənli kəndinə gedən yolda baş verib. Yolu keçmək istəyən kənd sakini 19 yaşlı Cahan Abbasovanı hərəkətdə olan “Niva” markalı avtomobil vurub. Xəsarət alan yaralı Gəncə şəhərindəki özəl xəstəxanalardan birinə aparılıb. Kəllə beyin travması diaqnozu qoyulan Cahan Abbasovanın vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu