• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 900
— 21.12.2017 13:44

Evlərdən oğurluq edən şəxs ifşa olundu

KepezTV Player

Sabunçu rayonu Balaxanı qəsəbəsində yerləşən fərdi evlərin birindən oğurluq edilib. Bu barədə ev sahibi Sabunçu Rayon Polis İdarəsi 12-ci Polis Bölməsinə məlumat verib. Şikayətçi evdə olmadığı müddətdə naməlum şəxsin mənzilin pəncərəsini qıraraq içəri daxil olduğunu və oradan 2500 dollar oğurladığını bildirib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Sabunçu rayon sakini Həsən Abdullayev tutulub. Saxlanılan şəxsin ilkin ifadəsi zamanı zərərçəkmişlə qonşu olduğu müəyyən edilib.

Həsən Abdullayevin ətrafında əlavə olaraq həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı digər bir cinayətinin də üstü açılıb. Şəxsin bu ilin fevralın 28-də Ramana qəsəbəsində daha bir evə daxil olduğu və oradan 450 manat pul, eləcə də 1500 manat dəyərində qızıl-zinət əşyaları oğurladığı müəyyən edilib. Faktlarla bağlı Sabunçu Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.