• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2331
— 21.12.2017 13:38

Keçmiş məhkumların silsilə oğurluqları üzə çıxdı

KepezTV Player

Bir dəfə azadlıqlarını itirdilər, amma dərs olmadı. Yenidən qanuna naxələf çıxdılar və çoxsaylı oğurluqlar törətdilər. Di gəl ki, polis onlara bu dəfə də aman vermədi.

Suraxanı Rayon Polis İdarəsinə yol kənarında divara quraşdırılan 29 ədəd işıq plafonunun naməlum şəxslər tərəfindən sökülərək oğurlandığı barədə məlumat daxil olub. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxslər saxlanılıblar. Əvvəllər məhkum olunmuş Vüqar Mustafayev, İlham Əhmədov və Nizami Cəbrayılovun noyabr-dekabr ayları ərzində Bakı Elektrik Şəbəkəsinə məxsus 140 metr elektrik naqilini, “Bakı Abadlıq Xidməti” MMC-nin balansında olan 27 ədəd divar işığı və 141 ədəd spot işıqlarını oğurladıqları da müəyyən edilib. Şəxslər qəniməti əlvan metal qəbulu məntəqələrinə satdıqlarını bildiriblər.

Faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.