• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 707
— 21.12.2017 13:37

Avtomobil yolun kənarına aşdı, 2 nəfər yaralandı

KepezTV Player

Şəki-Qax avtomobil yolunun Şəki rayonu ərazisindən keçən hissəsində ağır yol qəzası baş verib. “KİA” markalı minik avtomobilinin sürücüsü idarəetməni itirin, nəticədə maşın yolun kənarına aşıb. Yaralanan Baş Layısqı kənd sakinləri 28 yaşlı Elbrus Əhmədxanov və 32 yaşlı Murad Cumayev Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar. Əhmədxanov reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti ağır qiymətləndirilir. Digər yaralı  isə cərrahiyə şöbəsinə yerləşdirilib, sağlamlıq durumu orta-stabildir. Faktla bağlı Dövlət Yol Polisi İdarəsinin Baş İstintaq və Təhqiqat bölməsində araşdırma aparılır.