• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1629
— 21.12.2017 13:36

Zarafatın axırı paxır oldu

KepezTV Player

Zarafat etmək insanın fitrətindən gələn bir haldır. Xoş duyğular əmələ gətirir, amma onun da ədəbi var. Zarafat edirsənsə, vəziyyəti tənzimləməyi də bacarmalısan. Əks halda sonu yaxşı qurtarmır. Bakının Binəqədi rayonunda olduğu kimi. Baş verən qətl hadisəsinin kökündə çox təəssüf ki, zarafat durur. 28 may qəsəbəsində yerləşən kafedə müştəri olan 18 yaşlı Çingiz  Qədirli ofisiantla zarafatlaşaraq, onu bıçaqlayacağını deyib. Qarşı tərəf isə bunu ciddi qəbul edib və üzərindəki bıçaqla gəncin ürək nahiyəsinə zərbə endirib. Yaralı xəstəxanaya aparılıb, tibbi müdaxilələrə baxmayaraq orada keçinib.Qeyd edək ki, mərhum nişanlı imiş və toyu olacaqmış. Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis bölməsinin əməkdaşları hadisəni törətməkdə şübhəli bilinən Abşeron sakini 22 yaşlı Mirzağa Məmmədovu saxlayıblar. Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi açılıb.