Bayramqabağı bazarlarda ət satışına nəzarət artırılıb. Gəncə şəhər Baytarlıq İdarəsi şəhərin bazarlarında və fərdi satış məntəqələrin kəsilən heyvanların və satışa çıxarılan ətlərin sağlamlığını və keyfiyyətini yoxlayır. Gücləndirilmiş iş rejimində çalışan bayratlar əhaliyə satılan məhsulların keyfiyyəti tələblərə cavab verdikdən sonra satışına icazə verirlər. Yoxlamalar zamanı bu günədək ciddi təhlükə yaradan hala rast gəlinməyib və qiymətlərdə artım müşahidə edilmir.
Azadə Əliyeva - baytar: Səhər tezdən bütün məhsullar müayinədən keçirilir. Ət məhsulları süd məhsulları eləcədə balıq tərkibli olan məhsullar labaratorya şəraitində yoxlanılır. Əgər şübhəmiz olarsa müayinələr zaman hər hansı bir məhsuldan, həmin məhsul çıxdaş edilərək satışdan çıxarılır.
Elton Cabbarlı
- Baxış: 422