• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2292
— 20.12.2017 15:06

Gəncəli idmançılar mənzillə mükafatlandırılıb

KepezTV Player

Milli Olimpiya Komitəsində 2017-ci ilin idman yekunlarına həsr olunan mərasimdə mənzillə mükafatlananlar arasında Gəncə idmançıları da olub. Paurliftinq üzrə dünya və Avropa çempionu Hafiz Verdiyev, İslam Həmrəyliyi Oyunlarında basketbolun 3x3-ə növü üzrə yarışların qalibi Amil Həmzəyev,  eləcə də Rio Paralimpiya Oyunlarının və İslamiadanın qızıl mükafatçısı, paracüdoçu Ramil Qasımova Prezident İlham Əliyev tərəfindən yeni mənzillərin orderləri təqdim edilib. Adları çəkilənlər 2017-ci ildə yüksək nailiyyətlər göstərən bir qrup idmançı sırasında yer alaraq mükafata layiq görülüblər.

Ramil Qasımov -paralimpiyaçı: “Mən 28 ildir ki, idmandayam, çəkdiyim əziyyətlər dövlətimiz tərəfindən qiymətləndirilib. Cənab prezidentə minnətdaram ki, idmançıların əziyyətini yerdə qoymur, lazımınca qiymətləndirir. Yeniyetmə, gənc nəsil də bizə baxıb ruhlanır, idmana kütləvilik daha da artır. Hamı idmana bayrağımızı yüksəldib himnimizi səsləndirmək məqsədi ilə gəlir.

Amil Həmzəyev - basketbolçu: “Bu il mənim 28 yaşım, basketbolda olmağımın isə 14 ili tamam olur. Həyatımın yarısını basketbola həsr etmişəm. Bu mənim üçün hədiyyə oldu. Dövlətimizin bizə göstərdiyi qayğının qarşılığını verməyə çalışırıq. Bundan sonra daha yaxşısını etməliyik ki, mükafatlara layiq olduğumuzu sübut edək”.  

Azad Rəfi