• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 822
— 20.12.2017 13:02

Əlbir olub 43 cinayət hadisəsi törədən şəxslər saxlanıldılar

KepezTV Player

Paytaxt polisinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində Suraxanı rayonunda ayrı-ayrı vaxtlarda törədilən 43 cinayətin üstü açılıb. Avtomobillərə, obyektlərə, bir sözlə başqasının malına qənim kəsilənlər saxlanılıblar.

Suraxanı Rayon Polis İdarəsi 33-cü Polis Bölməsi əməkdaşları avtomobillərdən birindən oğurluğa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakini Fuad Həsənov və Ağdam rayon sakini, əvvəllər məhkum olunmuş Vaqif Allahyarovu yaxalayıblar. Şəxslərin ətrafında aparılan əməliyyat tədbirləri ilə onların digər cinayət əməllərinin də üstü açılıb. Fuad Həsənov və Vaqif Allahyarovun bu ilin mart-noyabr ayları ərzində Suraxanı rayonu ərazisində 37 avtomobildən akkumulyator, güzgü, maqnitofon, pul, həmçinin 2 mağazadan, 2 kompyuter salonundan, çay evindən və həyətyanı sahədən pul, müxtəlif qurğular, ərzaq məhsulları, məişət əşyaları oğurladıqları müəyyən edilib. 16 ədəd avtomobil akkumulyatoru və 4 ədəd oyun qurğusu maddi sübut kimi götürülüb.

Qeyd edilən faktlarla bağlı Suraxanı Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açılıb, şəxslərin qanundan kənar digər əməllərdə iştirak edib-etmədiyi araşdırılır.

 

Zülfiyyə Telmanqızı