• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1085
— 19.12.2017 23:56

Ana doğuş zamanı öldü

KepezTV Player

Onun ürəyinin hərarəti ən tənha və soyuq qəlbi belə isitməyə yetir, sevgisi ən bulanıq fikri durulda bilir. Onun məhəbbəti bir ümmandır, bütün əzablara sinə gərir, hər bir çətinliklərə dözür, od ətrafında fırlanan pərvanə kimi özü yanır, sevgisini yanmağa qoymur. Ana balası üçün bütün bunlardan da artığı deməkdir. Üzücüdür ki, Bərdədə həyata yeni göz açan bir körpə anasını tanımağa macal tapmadan itirib. Övladına can verən qadın özü dünyasını dəyişib.

Bərdə rayonunun Həsənqaya kənd sakini 29 yaşlı Aygün Kamil qızı Əliyeva qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirərkən dünyasını dəyişib. Həyat yoldaşının bildirdiyinə görə o, həkimin məsləhəti ilə bu əməliyyata razı olub.

Daşqın Abdullayev müxbir: Bu Könül Kərimovanın dünyaya gətirdiyi ikinci övladıdır. Həkimlərin bildirdiyinə görə, birinci doğuş çətin olduğundan, ikinci övladın dünyaya gətirilməsi üçün cərrahi əməliyyat vacib olub.

Mərhumun yaxınlarının dediyinə görə, onlar Aygünün ölümündən bir neçə saat sonra xəbər tutublar.

Mənsur Orucov mərhumun həyat yoldaşı: Səhər-səhər saat onun yarısı, 10-a qalmış girib əməliyyata, üstündən 3-4 sat, 2 saat, 3 saat keçibdi, Bizə məlumat verilməyib, bizə heç məlumat verilməyib.

Aygün Əliyeva mərhumun bacısı: Dedim ay Gülü vallah burda bir iş var sestralar qaçır. Dedi ki, nolub dedim ki, birdə qəfil dedilər ki, qızın vəziyyəti yaxşı deyil.“Yeriyə-yeriyə gəlib bura, yeriyə-yeriyə. Sağ salamat gəlib bura. İndi sağ-salamat mənim uşağımı ver də.

Həkimlərin bildirdiyinə görə, cərrahiyə zamanı halı pisləşən xəstəyə lazımı tibbi yardımlar götərilsə də onun həyatını xilas etmək mümkün olmatyıb.

Sərxan Cələhani xəstəxananın şöbə müdiri: Mərkəzin son gəlişi diaqnozuyla və xəstəyə ilkin müayinələrdən sonra, əməliyyata başlanıldı. Əməliyyatln gedişində uşaq uşaq çıxan zaman, xəstədə qəfildən, qəflətən pisləşdi. Belə qərara gəlindi ki, xəstə qəfləti dölyanı maye embaliyası diaqnozu, yəni öz gördüyümüzə uyğun dölyanı maye embaliyası oldu xəstədə.

Həkimlərin sözlərinə görə, dünyaya gələn uşağın vəziyyəti normaldır.