• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2598
— 19.12.2017 22:00

Gəncədə 18 yaşlı qadın bıçaqlanıb

KepezTV Player

Gəncə şəhərində qanlı olay yaşanıb. Məhsəti qəsəbə sakini 18 yaşlı Sevinc Quliyeva çoxsaylı bıçaq yaraları ilə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasının cərrahiyyə şöbəsinə aparılıb. Əməliyyat olunan qadının vəziyyətinin orta-ağır olduğu bildirilir. Verilən məlumata görə, azyaşlı övlad anası olan Sevinc Quliyevanı Atatürk prospektində, işlədiyi marketdə bir il əvvəl boşandığı həyat yoldaşı bıçaqlayıb. Faktla bağlı araşdırma aparılır.

Elnur Vahidoğlu