• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2601
— 19.12.2017 14:32

Gömrük nəzarətindən gizlədilən pirotexniki vasitə aşkarlandı

KepezTV Player

Gəncə Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə Azərbaycanın gömrük ərazisinə gömrük qaydaları pozulmaqla pirotexniki vasitələrin gətirilməsinə dair daxil olan əməliyyat məlumatına əsasən şöbənin əməkdaşları tərəfindən "Volkswagen Bora" markalı avtomobil Şəmkir rayonu ərazisində saxlanılıb və Gəncə Gömrük İdarəsinin inzibati binasnın həyətinə gətirilən nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Yoxlama zamanı Azərbaycan vətəndaşının idarə etdiyi nəqliyyat vasitəsinin ön buferininin altından, qabaq sol qapısının və yük yerində olan ehtiyat təkərin içərisindən 805 qutu pirotexniki vasitə aşkar edilib. Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü" gömrük postunda Gürcüstandan Azərbaycana gələn Azərbaycan vətəndaşının idarə etdiyi minik avtomobilinə də baxış keçirilib. Nəqliyyat vasitəsinin salonunda və avtomobilin altında 444 qutu pirotexniki vasitə aşkarlanıb.Faktlarla bağlı araşdırma aparılır.