• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 969
— 19.12.2017 14:30

BTQ dəmir yolunun stansiyasından oğurluq edənlər saxlanılıb

KepezTV Player

Gürcüstan Daxili İşlər Nazirliyinin Samtsxe-Cavaxeti bölgəsi üzrə departamentinin əməkdaşları üç şəxsi oğurluq üstündə saxlayıblar. Saxlanılan şəxslərin Bakı-Tbilisi-Qars dəmir yolu üzərində yerləşən Kartsaxi stansiyasından məişət əşyaları və elektrik avadanlıqları oğurladıqları müəyyən olunub. Onların evlərində axtarış zamanı su qızdırıcıları, radiatorlar və digər əşyalar müsadirə edilib.Faktla bağlı istintaq aparılır.