• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1265
— 19.12.2017 14:28

Silsilə oğurluq edən keçmiş məhkum yaxalandı

KepezTV Player

Bakı şəhər Nərimanov Rayon Polis İdarəsi 17-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində paytaxt ərazisində silsilə oğurluqlar edən əvvəllər məhkum olunan Ziyad Baqautdinov saxlanılıb.  Araşdırma zamanı məlum olub ki, o, 4 mənzildən pul və qızıl-zinət əşyaları, mobil telefon, velosiped, 2 avtomobildən isə akkumlyator oğurlayıb.Qeyd edilən faktlarla bağlı Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.