• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2465
— 19.12.2017 14:27

Taksi sürücülərinə qənim kəsilənlər saxlanıldılar

KepezTV Player

Dekabr 15-i gecə saatlarında iki nəfər naməlum şəxs taksi sürücüsü Tələt Məmmədlinin “Mersedes” markalı avtomobilinə müştəri kimi əyləşərək  Dadaş Bünyadzadə küçəsinə gedəcəklərini bildiriblər. Deyilən ünvana çatanda həmin şəxslər sürücüyə hədə-qorxu gələrək onun avtomobilini əlindən alıblar. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayətin Bakı şəhər sakinləri Natiq Bayramlı və Telman Qasımov tərəfindən törədildiyi müəyyən edilib və onlar tutularaq istintaqa təhvil veriliblər.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.