KepezTV Player
Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib. Hadisə Zahid Xəlilov küçəsi 137 ünvanında yerləşən istirahət mərkəzində qeydə alınıb. Yanğın obyektin havalandırma sistemində başlayıb. Əraziyə Yasamal rayon yanğından mühafizə xidmətinin əməkdaşları və iki yanğınsöndürən maşını cəlb edilib. Alovun qarşısı qısa zamanda alınıb. Xəsarət alan olmayıb. Yanğının baş vermə səbəbləri araşdırlır.
- Baxış: 383