Klub rəhbərliyi “Yeni Malatyaspor”a 1:2 hesablı məğlubiyyətdən sonra xorvatiyalı çalışdırıcı ilə yolları ayırmağı məqsədəuyğun sayıb. İstanbul təmsilçisinin prezidenti Dursun Özbəklə Tudor arasında görüş keçirilib. Uzun çəkən danışıqların sonunda 39 yaşlı çalışdırıcının göndərilməsinə qərar verilib. Sarı-qırmızılar müqaviləyə birtərəfli xitam verdiyindən, Tudora 400 min avro təzminat ödəyəcək. İqor Tudor “Qalatasaray”ın “sükanı arxası”na ötən mövsümün gedişində “Karabükspor”dan keçmişdi. İstanbul komandasının yeni baş məşqçisi adına namizədlər Fatih Terim, Marselo Byelsa, Loran Blan və Tomas Tuheldi.
Orxan Cəfərzadə
- Baxış: 412