• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1006
— 18.12.2017 21:34

Piyadanın ağır xəsarət alması ilə nəticələnən yol qəzası baş verib

KepezTV Player

Ucarda da piyadanın xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb. Rəstəcə kənd sakini, 34 yaşlı Nurlan Hüseynovu avtomobil vurub. Ağır vəziyyətdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilən Hüseynova ilkin tibbi yardım göstərilib, daha sonra müalicəsini davam etdirmək məqsədi ilə paytaxtdakı xəstəxanalardan birinə göndərilib. Faktla bağlı Baş Dövlət Yol Polisinin İstintaq və Təhqiqat şöbəsində araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı