• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1000
— 18.12.2017 13:11

Külli miqdarda narkotik vasitə müsadirə olundu

KepezTV Player

Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Qazax rayonu ərazisində narkotik vasitələrin alqı-satqısında və istifadəsində şübhəli bilinən şəxs saxlanılıb. Polis Şöbəsində aparılan araşdırmalarla onun Ağstafa şəhər sakini, əvvəllər məhkum olunmuş Şahmar Həmzəyev olması məlum olub. Baxış zamanı onun üzərindən 5 bükümdə narkotik vasitə olan marixuana aşkar edilərək göütürülüb. Həmin şəxsin narkotik vasitəni Ağstafa rayonunda aldığı mənbə də müəyyən edilib və Qazax sakini Nurəddin Quliyev rayon ərazisində saxlanılıb. Onun yaşadığı evə və həyətində olan “QAZ-31” markalı avtomobilə baxış keçirilib və bu zaman pəncərədə bükümdə və avtomobilin yük yerində torbada gizlətdiyi narkotik vasitə aşkar olunaraq götürülüb.Ekspertiza təqdim olunan narkotik vasitələrin - Ş.Həmzəyevin üzərindən götürülmüş 7,577 qram, Nurəddin Quliyevin evindən və avtomobilindən götürülmüş 8 kiloqram 754 qram marixuana olması barədə rəy verib. Faktla bağlı Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin istintaq şöbəsində cinayət işi başlanılıb.

 

Zülfiyyə Telmanqızı