• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 937
— 18.12.2017 12:44

Sürücü və piyada yaralandı

KepezTV Player

Tovuzda xəsarətlə nəticələnən avtomobil qəzası baş verib. Hadisə rayonun Yanıqlı kəndində olub. Kənd sakini 48 yaşlı Ülfət Əliyev avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın yolun kənarında olan tikiliyə çırpılıb. Qəza zamanı ağır bədən xəsarətləri alan sürücü xəstəxanaya yerləşdirilib.Daha bir qəza rayonun Qovlar şəhərində qeydə alınıb. Düz Qırıqlı kənd sakini 57 yaşlı Əhliman Səmədov yolu keçmək istəyərkən avtomobil onu vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya çatdırılıb, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktlarla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Zülfiyyə Telmanqızı