• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 846
— 18.12.2017 12:39

Ərini qısqanan qadın əlini qana buladı

KepezTV Player

Bakıda qadın ərinin sevgilisini bıçaqlayıb. Hadisə Sabunçu rayonunda qeydə alınıb.Belə ki, rayonun İlyas Aslanov küçəsində 23 yaşlı Aynurə Babayeva Əliyar adlı şəxsin həyat yoldaşı ilə əlbəyaxa dava edib. Nəticədə qadın Aynurə Babayevaya 6 bıçaq xəsarəti vurub. O, yaralı halda xəstəxanaya yerləşdirilib. Məlum olub ki, hadisə qısqanclıq zəminində baş verib. Belə ki, Əliyarın həyat yoldaşı Babayevanı ərinə qısqanıb.Hadisəni törədən şəxs saxlanılıb. Fakt üzrə araşdırmalar davam etdirilir.

 

Zülfiyyə Telmanqızı