• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1574
— 16.12.2017 16:00

Gəncə Regional Qaz İstismar İdarəsi xidmət sahələrinə daxil olan ərazilərdə qabaqlayıcı tədbirlərə başlayıb

KepezTV Player

Qış fəslinin gəlişi ilə əlaqədar olaraq mavi yanacağa olan tələbatın artmasını nəzərə alan Gəncə Regional Qaz İstismar İdarəsi xidmət sahələrinə daxil olan ərazilərdə qabaqlayıcı tədbirlərə başlayıb. Bu məqsədlə daşıyıcı qaz xəttləri dəyişdirilir, istismar müddətini başa vuran şkaflar yenisi ilə əvəz edilir.

Samux rayonunda 3 yaşayış massivində 1100 abonenti və kənd təsərrüfatı müəssisələrini mavi yanacaqla təmin etməli olan Ziyadlı xəttinin yenilənməsi aparılır. İstismar müddətini başa vuran və erroziyaya uğrayan daşıyıcı qaz xəttləri yeni politelin borularla əvəzlənir. 3 min 200 metr məsafədə çəkilən xətt əhali və qeyri əhali qrupunu fasizləsiz mavi yanacaqla təmin etməyə hesablanıb. Aparılan işlər Gəncə şəhərini mavi yanacaq sarıdan əziyyət çəkən Məhsəti qəsəbəsini də əhatə edir.

Zülfüqar Süleymanov sakin: “Əvvələr qazın verilişində texniki nazaslıq yaranırdı. Mavi yanacağın təzyiqi çox aşağı olurdu xüsusilədə qış aylarında. Aparılan işlər qaz problemimizi həll elədi, qazla bağlı problemlərimiz aradan qaldırıldı”

Yeni salınan qəsəbədə əhalini normal mavi yanacaqla təmin etmək üçün şkaflar quraşdırılıb, küçələrə daşıyıcı və paylayıcı xəttlər çəkilib, sayğaclar quraşdırlıb.

Azər Bayramov  Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi: “İlin əvvəlindən bu günə qədər 27 min paqonumetr müxtəlif diametirli politelin və metal qaz xəttləri yenisi ilə əvəz edilib. 208 qaz tənzimləyici şkaf dəyişdirilibdir.

Gəncə Regional Qaz İstismar İdarəsi əhaliyə xəbərdarlıq edərək mənzillərdə mavi yanacaqdan istifadə zamanı təhlükəszilik qaydalarına ciddi riyayət olunmasını tələb edir. Son 3 ay ərzində qaz sızması nəticəsində Gəncə şəhərində 2 ölüm faktının qeydə alınması bəzi mənzillərdə qaz xəttlərini və cihazlarının düzgün quraşdırlmasının vacibliyini önə çıxarır.  

Azər Bayramov  Gəncə Regional Qaz İstismar İdarəsinin baş mühəndisi: “Hər iki hadisə vanna otağında qənaətli suqızdırıcıların düzgün quraşdırılmaması səbəbindən baş verib. Bütün bu halların qarşısını almaq üçün bizim sahələrdə xidmət göstərən işçilərimiz abonentləri maarifləndirilər,təlimatlandırılar. Ancaq buna baxmayaraq çox təəsüf  olsun ki, əvvəlki illərə müqayisədə çox az olsada hələdə rast gəlinir.

Neqativ halların aradan qaldırılması üçün qurum bina və fərdi evlərdə kütləvi reydlər aparır.

Xaliq Qurbanlı