• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1194
— 16.12.2017 18:15

Gəncədə evdə qaz sızmasından partlayış olub, bir nəfər xəsarət alıb

KepezTV Player

Gəncə şəhərində qaz sızmasından partlayış olub. Hadisə şəhərin Cavad Xan qəsəbəsində baş verib.  Qəsəbə sakini 14 yaşlı Sabit Xəlilov evlərində quraşdırılan sobanı yandıran zaman qaz sızmasından partlayış olub. Valideynləri yanıq xəsarətləri alan Sabit Xəlilovu dərhal Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasının travmatologiya şöbəsinə gətirib. Ona tibbi yardım göstərilib, vəziyyətinin orta ağır olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Şahin Quliyev həkim – “ İlkin müayinə zamanı xəstənin sifətində, göz qapaqlarında, göz qapaqlarında birinci dərəcəli termiki yanıq qeyd edilib. Gətirənlərin deməsinə görə uşaq qaz partlaması nəticəsində xəsarət alıb. Xəstəyə ilkin yardım göstərilib. Həkim çağırıldı onun baxışından sonra təcili tibbi yardım maşını ilə Göz xəstəxanasına göndərildi”.  

Elnur Vahidoğlu