• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1535
— 15.12.2017 22:10

Qadınların çantalarına qənim kəsilən şəxs saxlanıldı

KepezTV Player

Paytaxt sakini olan qadın naməlum şəxsin onun içərisində pul, təqaüd kartı və digər əşyaları olan çantasını əlindən alıb qaçdığı barədə Xətai Rayon Polis İdarəsinə məlumat verib. Həyata keçirilən əməliyyat tədbirləri nəticəsində həmin cinayəti törətməkdə şübhəli bilinən şəxs tutulub.

Kamran Məhərrəmli - Xətai RPİ-nin müstəntiqi: “Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq yolu ilə qadının çantasının ələ keçirməkdə şübhəli bilinən Yardımlı rayon sakini Orxan Nuriyev saxlanılıb”.

Saxlanılan şəxsin ətrafında həyata keçirilən əlavə tədbirlərlə onun digər cinayətinin də üstü aşılıb. Müəyyən edilib ki, Orxan Nuriyev noyabrın 17-də Xətai rayonu ərazisində başqa bir qadının içərisində 230 manat olan çantasını soyğunçuluq yolu ilə əlindən alaraq hadisə yerindən uzaqlaşıb. Faktlarla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır. Orxan Nuriyevin analoji cinayətlərdə iştirakı istisna edilmir. Odur ki, onun əməllərindən zərərçəkən başqa şəxslər varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” xidməti-zəng mərkəzinə və ya Xətai Rayon Polis İdarəsinə müraciət edə bilərlər.

 

Zülfiyyə Telmanqızı