KepezTV Player
İstirahətə buraxılan komandanın tətil günləri gələn ilin yanvarın 4-dək davam edəcək. Sonrakı iki gün ərzində Bakıda tibbi müayinədən keçəcək futbolçular ayın 7-də baş məşqçinin sərəncamında olacaqlar. Hazırlıq planına əsasən, “sarı-göylər” gündə iki dəfə olmaqla təlim-məşq toplanışında iştirak edəcək. “Dalğa Arena” ilə yanaşı, komanda üzvləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda da hazırlıq keçəcək. “Kəpəz” hazırlığın ikinci hissəsini Türkiyədə davam etdirəcək. Komanda yanvarın 17-də Antalyaya yollanıb, fevralın 2-dək qardaş ölkədə olacaq.
Azad Rəfi
- Baxış: 472