• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 721
— 15.12.2017 15:06

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulacaq

Mərhələnin son iki cavab oyunu həm də Azərbaycanda ilin son futbol görüşləri olacaq. Çempionatın liderləri ikinci oyun günündə səfər qarşılaşmalarına çıxacaqlar. Öncə “Qəbələ” “Səbail”in qonağı olacaq. Son iki mövsümdə “Qızıl dubl”a imza atan “Qarabağ” isə “Sumqayıt” səfərinə yollanacaq.

Azərbaycan kuboku

1/4 final mərhələsi

15 dekabr (cümə)

16:00.“Səbail” – “Qəbələ”
İlk oyun - 0:1
Hakimlər:
 İnqilab Məmmədov, Rahil Ramazanov, Nahid Əliyev, Nail Nağıyev
“Bayıl Arena”

19:00.“Sumqayıt” – “Qarabağ”
İlk oyun - 1:2
Hakimlər:
 Rəhim Həsənov, Akif Əmirəli, Namiq Hüseynov, Elvin Əsgərov
“Kapital Bank Arena”

 

14 dekabr (cümə axşamı)

"Neftçi” – “Zirə” - 2:0 
İlk oyun - 0:1

“Kəpəz” – “Keşlə” - 2:3
İlk oyun - 0:2
 

 Yarımfinal cütlükləri

"Keşlə" /  “Sumqayıt” – “Qarabağ”

“Neftçi” / "Səbail” – “Qəbələ”

 

Orxan Cəfərzadə