• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 2422
— 15.12.2017 14:47

Gəncənin ali məktəb tələbələri arasında mühasibatlıq üzrə I Olimpiada keçirilib

KepezTV Player

Gənclər Fondunun maliyyə dəstəyi ilə reallaşan yarışmada şəhərdə fəaliyyət göstərən hər 3 universitetdən mühasibat uçotu ixtisasları üzrə təhsil alan 65 tələbə iştirak edib. Onlar iki saat ərzində Maliyyə Nazirliyinin elm-tədris mərkəzinin hazırladığı 50 suala cavab verməyə çalışıblar. Cavablar ekspert qrupu tərəfindən yoxlanılıb. Nəticələrə əsasən, ADAU-nun tələbəsi Nemət Zülfüqarlı Olimpiadanın qalibi olub. Sonrakı iki yerə də bu ali təhsil ocağının tələbələri layiq görülüblər. Həvəsləndirici yeri isə ATU-nun tələbəsi Əfsanə Qurbanlı qazanıb. Qaliblərə diplom və hədiyyələr, iştirakçılara isə sertifikatlar təqdim olunub.

Solmaz Əliyeva - Gənc Mühasiblər İctimai Birliyinin sədri: “Olimpiadanın keçirilməsində məqsəd mühasibatlığın öyrədilməsində analitik düşüncə tərzini yüksəltmək, gənclərin intellektual qabiliyyətlərini və yaradıcılıqlarını aşkarlayaraq səmərəli qiymətləndirmə üsullarını təqdim etmək, stimullaşdırmaq, istedadlı tələbələrə əlverişli şərait yaratmaq, onların gələcəkdə təhsil inkişafını və professional istiqamətləndirilməsini təmin etməkdən ibarətdir”.

 

Gülnar Fazilqızı