• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1137
— 15.12.2017 13:49

15 yaşlı qız qəzaya qurban getdi

KepezTV Player

Bakının Yasamal rayonunda ölümə səbəb olan yol qəzası baş verib. Qanlı göl yaşayış massivində yaşayan 15 yaşlı Sevinc Məmmədova avtobusdan düşüb magistral yolu keçmək istəyən zaman onu Hunday markalı avtomobil vurub. Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da həyatını xilas etmək mümkün olmayıb. Hadisə yerində polis əməkdaşları olublar. Müayinələr aparılıb. Avtomobilin sürücüsü polis tərəfindən saxlanılıb. Maşın isə cərimə meydançasına yerləşdirilib.Hadisə şahidlərinin sözlərinə görə, qeyd olunan yolda tez-tez piyada vurma hadisələri baş verir. 

 

Zülfiyyə Telmanqızı