• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 834
— 15.12.2017 10:01

Bu yeni dron çox işləyənləri ofisdən qovacaq

Yaponiyanın Taisei şirkəti ofis işçilərinin həddən artıq əməksevərliyi ilə mübarizə üçün orijinal həll təklif edib.

Şirkəti tərəfindən hazırlanmış dron iş günü başa çatdıqdan sonra işdə oturmuş əməkdaşları ofisi tərk etməyə məcbur edəcək. Daxili kameranın köməyi ilə əməkdaşları izləyən T-Frend adlı pilotsuz uçan aparat avtonom rejimdə çalışacaq. Dronun propellerlərinin səs-küyü, həmçinin səsləndirilən musiqi əməkdaşları ofisi vaxtında tərk etməyə məcbur edəcək.

T-Frend adlı dronun özəlliyi ondadır ki, qurğunun ofisdə hərəkəti üçün GPS tələb olunmur. O, əsas musiqi kimi Şotlandiyanın tərcüməsi “Köhnə Yaxşı Vaxt” olan "Auld Lang Syne" mahnısının yapon versiyasından istifadə edəcək. İş gününün başa çatması haqqında əməkdaşları xəbərdar edən bu musiqi Yaponiyanın bir çox müəssisələrində səsləndirilir.

Gözləntilərə görə, T-Frend dronu apreldə əlçatan olacaq. Şirkətlər aylıq təxminən 445 dollara pilotsuz aparatı kirayələyə biləcək.

 

Cavanşir Məmmədadə