• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1413
— 14.12.2017 23:32

3 kq-dan artıq tiryək müsadirə olundu

KepezTV Player

Astara Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən şəhər sakini Orxan Əlizadə saxlanılıb.Polis Şöbəsində baxış zamanı onun üzərindən narkotik vasitə olan tiryək aşkar edilərək götürülüb.Əməliyyat tədbirlərinin davamı olaraq onun yaşadığı evə də baxış keçirilib. Polis əməkdaşları tərəfindən evdə ayrı-ayrı yerlərdə gizlədilmiş 3 bükümdə narkovasitə aşkar olunaraq götürülüb. Onun üzərindən və evdən götürülmüş, ekepertizaya təqdim olunan narkotik vasitənin ümumi çəkisi 3 kiloqram 411,2 qram tiryək olması barədə rəy verilib.