Ölkədə cəzaların icrası məsələsi, penitensiar xidmətin təşkili və fəlaiyyəti, müxtəlif cəzaların icrasının qaydalarını tənzimləyən beynəlxalq hüquqi aktlar və Azərbaycan respublikasının qanunları Gəncədə fəaliyyət göstərən qeyri hökumət təşkilatları, hüquq müdafiəçiləri, eləcə də bir sıra beynəlxalq təşkilatların yerli nümayəndələri ilə müzakirə olunub. Avropa İttifaqının maliyyə dəstəyi ilə BMT-nin İnkişaf Proqramı çərçivəsində keçirilən tədbirin məqsədi əsasən cəzaçəkmə müəsisələrində beynəlxalq və milli standartların tətbiqi və nəzarət mexanizmi olub. Həmçinin insan haqlarının qorunması, vətəndaşların öz hüquqlarını bilməsi və bu hüquqlarından istifadə qaydaları, cəzaçəkmə müəsisələrində ictimai təşkilatlar tərəfindən aparılan monitorinqlər və onların nəticələri ətrafında fikir mübadiləsi aparılıb.
Cabir Quliyev BDU-nun dosenti: İctimai təşkilatlar və digər strukturlar monitorinq aparanda bilməlidirlər ki, qanunvericilik hansı tələbləri ortaya qoyur. Həm qanunu pozmamaq şərti ilə həm də o vətəndaşların hüquqlarını pozmamaq şərti ilə iş aparmalıdırlar. Və bu balansı saxlamaq üçün də monitorinq aparan qurumlar bilməlidirlər ki, qanun burada hansı problemləri nə səviyyədə təqdim edir.
- Baxış: 865