• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 718
— 14.12.2017 17:00

Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinin cavab oyunlarına start veriləcək

İlk oyun günündə iki görüş keçiriləcək. Yarımfinalın ilk iştirakçısı Gəncədə məlum olacaq. Burada "Kəpəz" ilk qarşılaşmada 0:2 hesabı ilə uduzduğu "Keşlə"ni qəbul edəcək.

Günün digər görüşündə isə "Neftçi" "Zirə"ni qəbul edəcək. İlk oyunda 0:1 hesabı ilə uduzan "ağ-qaralar" revanş arzusundadı.

Azərbaycan kuboku

1/4 final mərhələsi

14 dekabr (cümə axşamı)

13:00.“Kəpəz” – “Keşlə”
İlk oyun - 0:2
Hakimlər:
 Orxan Məmmədov, Mehman Mahmudov, Knyaz Əmiraslanov, Rəvan Həmzəzadə
Gəncə şəhər stadionu

19:00.“Neftçi” – “Zirə”
İlk oyun - 0:1
Hakimlər
: Fariz Yusifov, Elman Musayev, Azər Əsgərov, Ziya Nəsirov
“Bakcell Arena"

Orxan Cəfərzadə