• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1646
— 14.12.2017 10:09

Koenigsegg Agera RS 458 km/saat sürəti belə yığdı

Koenigsegg şirkəti Agera RS hiperkarının rekord sürət yığmasını paylaşıb. Avtomobildə quraşdırılan videodan aydın olur ki, sürət saatda 457,94 kilometrə çatıb. Gediş Amerikanın Nevada ştatının ictimai yollarından birində yerinə yetirilib. “Aqera” əks istiqamətlərdə iki gediş həyata keçirib. Birincidə sürət 437 km/saata, ikincidə isə 457 km/saata bərabər olub. Seriyalı maşınlar arasında dünya rekordu ortalama olaraq 447 km/saat götürülüb. Maksimal sürətdən savayı hiperkar daha bir neçə dünya rekorduna imza atıb. Söhbət ilk 400 km/saat sürətdən gedir. Avtomobil bunun öhdəsindən 33,29 saniyəyə gəlib. Agera RS 1360 at güclü turbomotorla təchiz olunub. O, ilk “yüzü” 3 saniyədən də tez yığır.