• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1281
— 14.12.2017 10:16

Məşhur reper Rolls-Royce Phantom-u musiqi studiyasına çevirdi

Britaniyalı prodüser və bəstəkar Skepta Rolls-Royce Phantom avtomobilinin salonunu əsil musiqi studiyasına çevirib. Şirkət bununla ən son model limuzininin içərisində necə sakitlik və rahatlıq hökm sürdüyünü göstərmək istəyib, yəni avtomobildə hətta musiqi də yazmaq olar. Audio yazılar zamanı musiqiçi “Fantom”un arxa oturacaqlarında əyləşib. Bu zaman Skeptanı maşınla Firvaldştet gölünün ətrafında və İsveçrənin Alp dağları ətrafında gəzdiriblər.  Nəticədə reper “Skepta RR” musiqisini ərsəyə gətirib. Yeni Rolls-Royce Phantom avtomobilini bu yay təqdim ediblər. Sedan adaptive pnevmatik asma, tam idarə olunan şassi və 6,75 litrlik 12 silindrli 571 at güclü tvin-turbomotora sahibdir. Konveyerdən çıxan ilk model ABŞ-da hərrac vasitəsilə satılacaq. Müsabiqə yanvar ayında Florida ştatında baş tutmalıdır.