• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 677
— 14.12.2017 10:06

1200-ə yaxın dronu göyə qaldırıb rekord qırdılar

Çinin dronlar istehsal edən EHang şirkəti eyni anda havaya xeyli pilotsuz aparatlar buraxmaqla öz rekordunu yeniləyib. Yeni rekord Quançjou şəhərində baş tutub. İşıq şousunda eyni anda 1180 dron göyə qaldırılıb. İşıq diodlu uçan aparatlar 8 dəqiqə ərzində havada bir neçə fiqur və yazılar nümayiş elətdirib. Dronları bir operator idarə edib. Pilotsuz qurğular bir-birləri ilə koordinasiyalı şəkildə əlaqəli olub. Əgər onlardan biri əlaqəni itirərdisə, o zaman təyin olunan yüksəkliyə qalxa bilməzdi, yerə isə heç bir drona mane olmadan enərdi.