• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1072
— 13.12.2017 12:33

Futbol üzrə Azərbaycan yığmalarında yeni təyinatlar açıqlanıb

2018-ci ildən aşağı yaş qrupu üzrə millilərdə çalışacaq mütəxəssislər müəyyənləşib. U-20 və U-21 millisinə “Qarabağ”ın kapitanı Rəşad Sadıqov baş məşqçi təyin edilib. Bundan əlavə, Vüqar Məmməd U-19, Zaur Həşimov U-18, Ramin Quliyev isə U-17-yə gətirilib. Təyinatlarla yanaşı, 2 yaş qrupu üzrə yığma da yaradılıb. Bunlar U-20 və U-18 komandalarıdı. Hər iki yığmanın funksiyası bir yaş yuxarı milliyə oyunçular yetişdirmək olacaq.

 

Orxan Cəfərzadə