• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 691
— 13.12.2017 10:02

Nvidia ən güclü və bahalı videokart hazırladı

Nvidia şirkəti stolüstü personal kompüterlər üçün Titan V videokartı hazırlayıb. Nvidia Volta arxitekturası əsasında ərsəyə gələn yeni elementi dünyanın ən məhsuldar videokartı adlandırırlar. Titan V əsasən video oyunlar üçün yox, süni intellekt sahəsində istifadə üçündür. Qrafik sürətləndiricisi maksimal olaraq saniyədə 110 trilyon heablama əməliyyatı yerinə yetirə bilir. Titan V 21,1 mlrd tranzistorlu bazada hazırlanıb və özündə 5120 CUDA nüvəsi birləşdirir. Onun HBM2 standartlı 12 Qb yaddaşı var. Yeni Nvidia videokartını artıq şirkətin rəsmi saytında sifariş vermək olar. ABŞ-da onun dəyəri rekord məbləğdə – 2999 dollaradır. Özü də bir müştəri ikidən çox  Titan V ala bilməz.

 

Cavanşir Məmmədzadə