• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1989
— 12.12.2017 14:37

Heydər Əliyevin əziz xatirəsi bölgələrdə də yad edilib

KepezTV Player

Qərb rayonlarında da ümummilli lider Heydər Əliyevin əziz xatirəsi anılıb. Ulu öndərin xalqa və dövlətə xidmətləri xoş xatirələrlə yada salınıb.

Şəmkirdə rayon ictimaiyyətinin nümayəndələri dahi şəxsiyyət Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzüb. Dünya şöhrətli siyasətçinin əbədiyaşar xatirəsinə sonsuz ehtiramlarını ifadə ediblər. Rayon ictimaiyyəti Heydər Əliyevin Şəmkirə etdiyi səfərləri, ziyalılar və zəhmətkeşlərlə görüşlərini yada salıblar. Ulu öndərin təşəbbbüsü ilə inşa olunan Şəmkir və Yenikənd Su Elektrik Stansiyalarının hazırda ölkənin enerji təchizatında mühüm rol oynadığına diqqət çəkilib. Dahi şəxsiyyətin siyasi kursunun layiqli davamçısı ölkə prezidenti İlham Əliyevin də Şəmkirə xüsusi qayğı göstərdiyi vurğulanıb.  

Ümummilli lider Heydər Əliyevin anım günü Samux rayonunda da izdiham yaşanıb. Rayon ictimaiyyətinin nümayəndələri Ulu öndərin abidəsi önünə gül dəstələri düzüb, xatirəsinə ehtiramlarını bildiriblər. Həyatının mənasını xalqa və dövlətə xidmətdə görən Heydər Əliyevin xatirəsi müqəddəs amal uğrunda ən çətin maneələri, problemləri mərdliklə həll edən millət fədaisi kimi ehtiramla yad edilib. Yeni Azərbaycan Partiyasının rayon təşkilatının qəragahında məktəblilərin əl işlərindən ibarət rəsm sərgisinə baxış olub. Şagirdlərin ulu öndərə həsr olunan rəsmləri maraqla qarşılanıb.

Göygöl sakinləri də ulu öndər Heydər Əliyevin əziz xatirəsi yad ediblər. Rayon mərkəzindəki abidəsi önünə axın edən ictimaiyyət nümayəndələri dahi şəxsiyyətin abidəsi önünə tər çiçəklər düzüblər. Göygöl rayonunun sosial iqtisadi həyatında Heydər Əliyev və ölkə prezidenti İlham Əliyevin müstəsna xidmətləri xatırlanıb. Rayonda şərabçılığın inkişafı və həyata keçirilən sosial layihələr məhz ulu öndərin uzaqgörən siyasəti nəticəsində reallaşıb. Göygöl sakinləri Heydər Əliyevi xoş xatirələrdə yad edib, ruhuna ehtiramlarını nümayiş etdiriblər.

 

Natiq Hüseyn