• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1924
— 12.12.2017 13:35

Evlərdən oğurluq edən şəxs yaxalandı

KepezTV Player

Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən fərdi yaşayış evlərindən oğurluq edən şəxslər saxlanılıb.Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində cinayətləri törətməkdə şübhəli bilinən Xocahəsən qəsəbə sakini Zaur Abbasov saxlanılaraq məsuliyyətə cəlb edilib. İlkin ifadəsi Abbasov Binqədi rayonu ərazisində 10-a yaxın fərdi yaşayış evindən oğurluq etdiyini bildirib. Araşdırma zamanı onun qeyd edilən evlərdən məişət əşyaları, naqillər və digər ləvazimatlar oğurladığı məlum olub.faktla bağlı Binəqədi RPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, zəruri istintaq hərəkətləri davam etdirilir.