• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1720
— 12.12.2017 13:24

İçi qumla dolu yük maşını aşdı, sürücü yaralandı

KepezTV Player

Şəkidə də yol qəzası olub. Hadisə Salman Mümtaz küçəsində meydana gəlib. Mingəçevir sakini 48 yaşlı Ramiz Bayramovun idarə etdiyi "Şaqman" markalı yük maşını yoldan çıxaraq üzüm bağına girib və aşıb. Bu zaman Şaqmanın içində qum ətrafa yayılıb. Qəza zamanı xəsarət alan Ramiz Bayramov dərhal Şəki MRX-na çatdırılıb. Müayinələr zamanı sürücüyə döş qəfəsinin yüngül toxumalarının əziyi diaqnozu qoyulub.İlkin ehtimallara görə, qəzaya səbəb əyləc sistemində yaranan nasazlıq olub.Faktla bağlı Şəki DYPB-i tərəfindən araşdırma aparılır.