• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1111
— 11.12.2017 14:29

Şəmkirdə yeni xəstəxana kompleksinin inşası sürətləndirilib

KepezTV Player

Şəmkir də icbari tibbi sığorta tətbiq edilən rayonlar sırasında olacaq. Bu yeni xəstəxana kompleksi istifadəyə verildikdən sonra mümkün olacaq. Burada bölgə üçün mühüm əhəmiyyət kəsb edən yeni xidmətlər də göstəriləcək.  

Prezident İlham Əliyevin sərəncamı ilə inşasına başlanılan Şəmkir Rayon Mərkəzi Xəstanasında tikinti işlərinin vaxtında və kefiyyətlə yerinə yetirilməsi üçün xeyli sayda işçi qüvvəsi səfərbər edilib. Hazırda 5 mərtəbli binada hörgü işləri tam başa çatdırılıb. Növbəti il istifadəyə verilməsi planlaşdırılan binada yeni şöbəl’r də yaradılacaq.

Ayaz İbrahimov - Şəmkir Rayon Mərkəzi Xəstəxanasının baş həkimi: Xəstəxana kompleksində Şəmkir vətəndaşlarına lazımı tibbi yardım göstərmək üçün yeni hemodialez, travmatologiya və otolarinqalogiya şöbələri açılacaq.

Yeni xəstəxana kompleksi xəstəliklərin vaxtında aşkarlanıb, müayinə və müalicə işinin təşkilinə də şərait yaradacaq. Xüsusən də ixtisaslı gənc həkimlər tib müəssisəsində tətbiq ediləcək texnika və avadanlıqlarla işləyə biləcək.

Elçin Əliyev - gənc həkim:  Gənc həkimlər yerlərdə mütəmadi olaraq müyaninəlrə aparır. Bu xəstəxananın açılışından sonra onların iş fəaliyyəti daha da asanlaşacaq. Çünki burada müasir avadanlıqlar olacaq.

Yeni xəstəxana kompleksi istifadəyə verildikdən sonra Şəmkir rayonu əhalinin icbari tibbi sığortası layihəsinə də qoşulacaq.

 

Natiq Hüseyn