• KƏPƏZ TV
    canlı yayım
Bu günə xəbərlərin oxunma sayı: 1594
— 11.12.2017 13:33

Yanğın bir nəfəri canından etdi

KepezTV Player

Alov yenə peşmanlıq gətirdi. Şirvanda baş verən yanğında bir nəfər canından oldu. Mingəçevir və Qaxda da yanğın hadisələri olub. Bu dəfə cana yox, yalnız mala zərər gəlib.

Şirvan şəhərində dəhşətli hadisə baş verib. Ümumi sahəsi 54 m² olan birmərtəbəli 2 otaqlı evin yanar konstruksiyaları 30 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğının kəşfiyyatı zamanı 60 yaşlı İlham Abdullayevin yanmış cəsədi aşkarlanıb. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb. Mingəçevir şəhərində beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən ümumi sahəsi 20 m2 olan 1 otaqlı mənzildə 6 m2 sahədə ev əşyaları yanıb. Yanğın zamanı yanğınsöndürənlər tərəfindən 1 nəfər xilas olunub və 10 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə edilib. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​Qaxda baş verən yanğından bir ev külə dönüb. Yanğın rayonun Dəymədağlı kəndində, kənd sakini Seyfəddin Hacıyevə məxsus, ümumi sahəsi 165 kv/m olan kürsülü birmərtəbəli fərdi yaşayış evində baş verib. Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin Qax rayon Dövlət Yanğından Mühafizə Hissəsinin 3 yanğınsöndürən maşını və şəxsi heyəti cəlb edilib. Yanğının yaxınlıqdakı tikililərə keçməsinin qarşısı alınıb.Yanğın nəticəsində evin yanar konstruksiyaları əşyalarla birlikdə yanıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb. Yanğının hansı səbəbdən baş verdiyi aparılacaq araşdırmalardan sonra bəlli olacaq.

 

Zülfiyyə Telmanqızı